Sosial
Daşkəsəndə polis şəhid ailələrinə bayram sovqatları payladı
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları şəhid ailələrini bayram münasibəti ilə təbrik edib, onların gündəlik qayğıları ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımı edilib və hədiyyələr təqdim olunub.
Görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Dövlət rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə, polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO