Şəhid Azad Abbasovun oğul övladı dünyaya gəldi - VİDEO
Bizi izləyin

Sosial

Şəhid Azad Abbasovun oğul övladı dünyaya gəldi - VİDEO

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Azad Novruz oğlu Abbasovun 4-cü övladı doğulub.

Publika.az-ın qərb bürosunun verdiyi məlumata görə, körpəyə Araz adı verilib. Onun səhhəti yaxşıdır.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olan A.Abbasov 2020-ci ilin 29 sentyabrında Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm