Sosial
Qubada "Azərbaycan-Türkiyə Qardaşlıq Parkı" açıldı - FOTO
Bu gün Quba şəhərində yaradılmış “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub.
Publika.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinə uyğun keçirilən açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Cahit Bağcı, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, akademik Əhliman Əmiraslanov, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan təşkilatının təmsilçiləri - təşkilatın İdarə Heyəti sədrinin müavini Rəşad Cabirli, idarə heyətinin üzvləri Alim Şentürk, İrfan Şahin, Hüseyin Yapar və şöbə müdiri Muhterem Öz, Axısxa türklərinin “Vətən” İctimai Birliyinin Respublika təşkilatının sədri İsmayıl Rəhimov və bir qrup rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl rayon rəhbərliyi və qonaqlar Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünü ilə əlaqədar Quba şəhərində Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsini ziyarət ediblər. Daha sonra isə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində iki qardaş dövlətin şərəfinə yaradılmış parkın açılışı olub.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA