Sosial
Əylisdə canavarı boğub öldürən danışdı: “Çox şişirdirlər” - FOTO
Publika.az Ordubadın Yuxarı Əylis kəndində şagirdlərə hücum edən canavarı öldürən Elçin Əkbərovun Bakupost.az-a müsahibəsini təqdim edir:
- Elçin bəy, hadisə necə, nə zaman baş verdi?
- Ayın 27-si axşamüstü olub. Mən bağa gedirdim. Həmin vaxt 60 yaşlarında bir kəndçimiz öz heyvanlarını kəndin kənarında otarırdı. Gördüm ki, kişi "ay kafir", "ay it", - deyə çığırır. Soruşdum nə olub? Dedi, qurd girdi heyvana. Tez oraya qaçdım. Çatan kimi canavar üstümə tullandı. Birinci dəfə idi belə bir hadisə ilə qarşılaşırdım. Kişinin qabağında azı 20-30 baş qoyun olmağına baxmayaraq, canavar itə hücum etmişdi. Mənə də maraqlıdır ki, heyvanları qoyub, adamlara, itə niyə cumub? Kəndin aşağısında 3 nəfəri yaralayıb həmin gün. Daha pis ola bilərdi. Yenə də Allahın işidir. Əslində, tək uşaqlar deyil, heyvanlar da yaralanıb. Bundan başqa, 30-40 yaşlı bir nəfər də xəsarət alıb. Ümumi yaralanan isə 4 nəfərdir.

- Deyilənlərə görə, 5 qurd olub, 1-ni öldürmüsüz...
- Uşaqların üstünə hücum edəndə neçə canavar olduğunu bilmirəm. Amma mən gedəndə 1 qurd idi. Onu da öldürdüm.
- Necə öldürdüz?
- Boğdum (gülür). Düşmüşdüm üstünə, döyüşürdük. O məni vururdu, mən də onu. Yıxdım, iki əlli boğazından tutub boğdum!
- Yəni canavar tam kəndin içinə, insanların yaşadığı yerə girmişdi?
- Bəli. Kəndin ortasında, həm də gündüz vaxtı. Açığı, bu məsələni, mənim canavarı öldürməyimi çox şişirdirlər. Mən uşaqları xilas etməmişəm. Uşaqlara hücum kəndin demək olar ki, içində olub. Mən isə o hadisədən sonra, kəndin yuxarısında canavarı öldürmüşəm.
- Yaralarınız varmı?
- Qollarımda və gözümün altında yaralar var. Ayağıma da yapışmışdı, amma saxlaya bilmədi.
- Həkimlər sizi yoxladı?
- Bəli, baxdılar. Lazım olan hər şeyi etdilər.
- Dünəndən bu hadisə bütün ölkəyə yayılıb. İndi o kənddən Əkrəm Əylislidən sonra ən çox tanınan adam sizsiz...
- (Gülür) Yox, bu kənddən çox tanınmış adamlar çıxıb.
- Elçin müəllim, siz nə işlə məşğulsuz?
- Hamı kimi, sadə bir kəndliyəm.
Danışığımızın sonunda bu sadə kəndliyə bir daha təşəkkür edirik. Cəsarətinə, igidliyinə, həyat xilas etdiyinə görə. Elə həm də heç nə olmamış kimi sadə davranışına, xoş söhbətinə görə...
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO



































