Azərbaycanda 15 yaşında ana olan qızı kim məcbur edib? - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda 15 yaşında ana olan qızı kim məcbur edib? - VİDEO

Ağcabədidə 15 yaşlı qız ana olub.

Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, doğum şöbəsinin müdiri Nəzakət Quliyevanın sözlərinə görə, qız doğum şöbəsinə ağrılar və bölgə yanı mayenin axmasıyla daxil olub.

Nənəsi Şərəf xanım isə deyir ki, onlar qızın ərə getməsinə razı olsalar da əslində toyu 18 yaşa çatanda etməyi nəzərdə tutublar. Lakin azyaşlının 24 yaşlı həyat yoldaşı Sadiq Cəfərovun anasının erkən yaşda rəhmətə getməsi bu məsələni tezləşdirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da məsələyə münasibət bildirib. Deyib ki, erkən nikah çox vaxt yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət olsa da artıq bəzi savadlı ailələrdə də bu hal müşahidə olunur.

Ağcabədi rayon polis şöbəsindən isə bildirilib ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm