Azərbaycanda cəza çəkən 20 iranlı məhkum ölkəsinə ekstradisiya ediləcək
Bizi izləyin

Sosial

Azərbaycanda cəza çəkən 20 iranlı məhkum ölkəsinə ekstradisiya ediləcək

Tezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus İrana ekstradisiya olunacaq.

Publika.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iranlı məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər.

Səfirlik bildirir ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

İran səfirliyi xoşməramlılıq və əməkdaşlığına görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm