• USD 1,7000 0,00% EUR 2,0067 +0,22%
    • GBP 2,3508 +0,58% RUB 0,0231 +0,43%

Əlilliklə bağlı yeni layihənin təfərrüatları açıqlandı

Əlilliklə bağlı yeni layihənin təfərrüatları açıqlandı

Qanun layihəsində əsas yenilik əlilliyi olan şəxslərin təyinatı ilə bağlıdır, yani layihəyə əsasən artıq daha düzgün təyinat aparılacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Nazir müavini qeyd edib ki, hər bir əlilliyi olan şəxsin əlillik təyinatı zamanı onun fərdi reabilitasiya proqramı da hazırlanacaq:

"Proqram çərçivəsində həmin şəxsin cəmiyyətə inteqrasiyası da nəzərə alınacaq. Eyni zamanda, yeni qanun layihəsində psixoloji dəstək də nəzərdə tutulub. Vətən müharibəsi zamanı könüllü olaraq bizə qatılan psixoloqlarla müharibədən əziyyət çəkən və travma alan hərbçilərimizlə bağlı işlər aparılıb. Hər bir müəssisəmizdə psixoloq ştatı yaratmışıq. Bərpa mərkəzimizdə müalicə alan hər bir vətəndaşın vəziyyəti əlavə olaraq psixoloqlar tərəfindən də qiymətləndirilir". (trend)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR