Sosial
Qolumu itirsəm də, özümü döyüşə yararlı hiss edirəm – Qarabağ qazisi/VİDEO
Müharibədə qolumuz itirmişəm, amma yenə də döyüşməyə hazıram.
Bu sözləri Trend-in Qarabağ bürosunun çəkiliş qrupu ilə söhbətində Vətən müharibəsi qazisi Siruz İsmayılov deyib.
S.İsmayılov Azərbaycanın Zəfəri ilə başa çatan müharibədə sol qolunu itirməklə bədəninin müxtəlif yerlərindən qəlpə və güllə yarası alıb. O, hərbiyə ali təhsil ocağından yönəlib. Hələ Vətən Müharibəsi başlamamışdan öncə ixtisasca tarix müəllimi olan qəhrəmanımız ordu sıralarında xidmətə qəbul edilib. Leytenant hərbi rütbəsi ilə cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb.
Qarabağ Qazisi ilk öncə Ağdam, daha sonra isə Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. Yaralandıqdan sonra 19 gün komada qalıb, lakin həkimlərin səyi nəticəsində həyata qayıdıb.
Siruz İsmayılov dövlət qayğısından da razıdır:
“Yaralanandan sonra həkimlərin çox isti münasibətini gördüm. Məni çətinliklə həyata qaytardılar. Sonrakı dövrlərdə də həmişə dövlətin xüsusi diqqətini hiss edirəm. Dövlətimiz Qazilərə böyük önəm verir, biz hərtərəfli qayğı ilə əhatə olunmuşuq. YAŞAT Fondu kredit borcumu ödəyib. Prezidentin sərəncamı ilə kompensasiya da almışam. Bütün bunlara görə dövlətimizin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...