“ASAN Xidmət”də MÜHÜM YENİLİK - Problemi telefona çək, şikayət göndər - VİDEO
Bizi izləyin

Sosial

“ASAN Xidmət”də MÜHÜM YENİLİK - Problemi telefona çək, şikayət göndər - VİDEO

Azərbaycanda ilk dəfə Sumqayıtda "ASAN müraciət" mobil tətbiqi istifadəyə verilib. Sakinlər bu tətbiqi telefonlarına yüklədikdən sonra qarşılaşdıqları müxtəlif problemlərin video və fotosunu çəkib aidiyyəti dövlət qurumlarına göndərə biləcəklər.

Kommunal, yol, nəqliyyat problemlərinin əvvəlcə telefonla video və fotosu çəkilir.

Sonra isə həll edilməsi üçün aidiyyəti dövlət orqanlarına göndərilir. Şikayəti göndərən şəxs problemin icra olunub-olunmamasını da görə bilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "ASAN müraciət" informasiya sistemi yaradilaraq, mobil tətbiq istifadəyə verilib. "ASAN müraciət" informasiya sistemindən pilot layihə kimi ilk olaraq Sumqayıt şəhər sakinləri istifadə edə bilərlər. Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir. QRAFİK

Sumqayıt sakinləri qarşılaşdıqları problemlərlə bağlı şikayətlərini aidiyyəti dövlət qurumlarına göndərmək istəyirlərlsə ilk olaraq "ASAN müraciət" mobil tətbiqi telefonlarına yükləməlidirlər.

Qeyd edək ki, "ASAN müraciət" informasiya sistemi qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm