Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
Bizi izləyin

Sosial

Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib

İyun ayının 29-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası həyata keçirələcək.

Şuradan Publika.az-a verilən məlumata görə, vaksinasiya 31 may 2021-ci il tarixdə vaksinin birinci dozası tətbiq edilmiş jurnalistlərə aiddir. Onlara vaksinin ikinci dozası tətbiq ediləcəkdir.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən və kütləvi informasiya vasitələrinin rəhbərlərindən bunu nəzərə almağı xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm