Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi - FOTO
Bizi izləyin

Sosial

Daha 30 mənzili şəhid ailələri və Qarabağ əlillərinə təqdim edildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksindən daha 30 mənzili şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

O bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azad etdi. Azərbaycan Ordusu həmin müharibədə şanlı tarix yazaraq, dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti ilə dünyanın qüdrətli orduları sırasında olduğunu bir daha nümayş etdirdi. Bu gün xalqımız Ordumuzla iftixar hissi keçirir.

V.Nəsirli şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini diqqətə çatdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı geniş vüsət alıb. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə 11 min, o cümlədən bu il 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

2021-ci ilin planı üzrə artıq 530 mənzilin verildiyini deyən V.Nəsirli ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9730 mənzil və fərdi ev, həmçinin müharibə əlillərinə 7200-dən çox avtomobil təqdim edildiyini bildirib. Nazir müavini, eyni zamanda, bu kateqoriyalardan olan vətəndaşlara sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımları, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərini əhatə edən sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri sosial təminatlarının gücləndirilməsindən razı qaldıqlarını bildiriblər. Onlar daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm