Sosial
Şəmkirdə sakinlərlə yanğın təhlükəsizliyi ilə bağlı görüş keçirildi - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birgə sakinlərlə mütəmadi olaraq görüşlər keçirərək, onları əkin sahələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə maarifləndirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Publika.az-a verilən məlumata görə, pandemiya qaydalarına riayət edilməklə keçirilən görüşdə kənd sakinləri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də icra və bələdiyyə orqanlarının nümayəndələri iştirak ediblər.
Görüşdə kənd sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, hər il yay aylarında ölkə ərazisində baş verən yanğınlar haqqında məlumatlar verilib. Qeyd edilib ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur və nəticədə əkin və meşə sahələrinin məhvi ilə nəticələnir.
Diqqətə çatdırılıb ki, əkin sahələrində, təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Sakinlər taxıl və ot biçinlərindən sonra sahələrə od vurmamalı, həmçinin digər təhlükəsizlik qaydalarına riayət etməlidirlər.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO