• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Son 6 ayda qeydə alınan nikahların sayı AÇIQLANDI

Son 6 ayda qeydə alınan nikahların sayı AÇIQLANDI

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb.

Publika.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində görülmüş işlərə və dövlət başçısının tapşırıqlarının icrasına həsr olunan kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53 400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

"Eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.

Cari ildə həmçinin azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2 800-dən çox elektron qolbaq tətbiq edilib, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb", - kollegiyada vurğulanıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR