Xidmətdə fərqlənən yol polisilərinə "Təşəkkürnamə" verildi - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Xidmətdə fərqlənən yol polisilərinə "Təşəkkürnamə" verildi - FOTO/VİDEO

Bu gün Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi və Avtosfer.az saytının təşkilatçılığı ilə 2 İyul “Polis günü” münasibətilə xidmətdə fərqlənən bir qrup yol polisi əməkdaşı mükafanlandırılıb.

Pandemiya qaydalarına uyğun olaraq açıq havada keçirilən tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandir müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev, İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev, Bakı şəhər Dövlət Yol İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, QHT nümayəndələri Sənan Nəcəfov, Xalid Kazımov və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı iştirak edib.

Alay komandirinin müavini, polkovnik-leytenant Pərvin Səfərəliyev çıxış edərək İdarə rəhbərliyi adından təşəkkürünü bildirib və qeyd edib ki, polisə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Bütün bunlar polis əməkdaşlarının xidməti fəaliyyətinə müsbət təsir göstərir.

BDYPİ-nin şöbə rəisi, polkovnik-leytenant Namidan Piriyev qeyd edib ki, yol polisləri daim sürücü və sərnişinlərin təhlükəsizliyi üçün çalışır. Eyni zamanda medianın da ictimai nəzarətinin əhəmiyyətini qeyd edən Namidan Piriyev bununla bir çox qayda pozuntularının qarşısının aldındığını diqqətə çatdırıb.

Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri Sənan Nəcəfov və Xalid Kazımov çıxış edərək yol polisi əməkdaşlarını təbrik edib. Bildirilib ki, polis daim xalqın yanında olub və istənilən çətin anlarda öndə gedib.
Bakı şəhər Dövlət Yol İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az saytında təşəkkür edərək bu cür tədbirin təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb. Eyni zamanda yol polislərinin də xidmətlərini qeyd edərək vətəndaşların rahatlığı üçün çalışdıqlarını diqqətə çatdırıb.

Jurnalistika və İnkişaf Mərkəzi İB-nin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı çıxış edərək bildirib ki, polisin atdığı hər bir addım diqqət mərkəzində olur. Yəni bir polisin davranışı bütün polisin faəliyyətinə yazılır. Nə qədər yaxşı davranışlar, nümunəvi hərəkətlər olarsa, polisin ictimai nüfüzunun artırılmasına təkan vermiş olar.

Sonra respublikanın müxtəlif bölgələrində xidmətdə fərqlənən bir qrup yol polisi əməkdaşı Təşəkkürnamə ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm