Sosial
Bunu edənlər 100-800 manat məbləğində CƏRİMƏLƏNƏCƏK - VİDEO
Bu gün açıq havada maska taxmaq qadağası olmasa da, qapalı məkanlarda bu məcburiyyət hələ də var. Məhz bu səbəbdən polis orqanları tərəfindən mütəmadi olaraq qapalı məkanlarda tibbi maskadan düzgün istifadə ilə bağlı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Publika.az xəbər verir ki, bununla əlaqədar olaraq ötən gün Bakı Metropoliteninin "28 may" stansiyasında reyd keçirilib və maskadan düzgün istifadə etməyən vətəndaşlara xəbərdarlıq edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşları qapalı məkanlarda maska taxmayanlara qarşı reyd keçiriblər. Polis əməkdaşları metronun "28 May" stansiyasında maskadan düzgün istifadə etməyən şəxlərlə profilaktik söhbət aparıblar. Həmin şəxslərə maskadan düzgün istifadə etməyin vacibliyi izah olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Qeyd edək ki, tibbi maskadan istifadə etməməyə görə nəzərdə tutulan cərimənin miqdarı qaydaları pozanın fiziki, vəzifəli və hüquqi şəxs olmasından asılı olaraq, 100-800 manat arasında dəyişir.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı