Bələdiyyə sədrinə 500 manat vermiş vətəndaşın problemi həll edildi - VİDEO
Bizi izləyin

Sosial

Bələdiyyə sədrinə 500 manat vermiş vətəndaşın problemi həll edildi - VİDEO

Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması,özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.

Baş Prokurorluqdan Publika.az-a daxil olan məlumata görə, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.

Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx "sözvətəndaşda" həştəqi ilə ictimaiyyətə təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm