“Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq
Bizi izləyin

Sosial

“Media haqqında” qanun layihəsi ictimaiyyətə açıqlanacaq

“Media haqqında” qanun layihəsinin mətni artıq yekunlaşmaq üzrədir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işlər bitdikdən sonra layihə ictimaiyyətə açıqlanacaq və aidiyyəti üzrə təqdim olunacaq.

Ə.İsmayılov Azərbaycanla digər ölkələr arasında beynəlxalq media platformalarının yaradılmasının əhəmiyyətindən də danışıb:

“Artıq Azərbaycan və Türkiyə arasında belə platformanın icrası tərəfimizdən təmin edilməkdədir. Belə media platformalarının sayının artırılması gələcəkdə Azərbaycan mediasının güclənməsi və Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada yayılmasına köməklik göstərəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm