Sosial
Şirvanda REYD: Peyvənd olunmayanlar toya buraxılmadılar - FOTO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.
Qida Təhlükəsizliyi agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşlarının da iştirakı etdiyi tədbirdə şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların COVID-19 pasportları da yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.
Sonda şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...
-
Avropa09:18
Xanım jurnalist həbs edildi - FOTO