Bu şəxslər iki həftəlik karantinə alınacaq - Deputat AÇIQLADI
Bizi izləyin

Sosial

Bu şəxslər iki həftəlik karantinə alınacaq - Deputat AÇIQLADI

Nazirlər Kabineti “Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda” dəyişikliklər edib. Qaydalarda iki həftəlik karantin ilə bağlı bizə, xüsusən beyin mərkəzinə ünvanlanan suallara cavab olaraq qeyd etmək istərdik ki, bu qaydalar heç də bütün hallarda iki həftəlik karantinin tətbiq edilməsi anlamına gəlmir. Belə ki, qaydalara əsasən, xaricilərin, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşı olan qohumu varsa, onların ölkəmizə gələn zaman xüsusi icazə almasına ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, bu zaman əcnəbi, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) Azərbaycan vətəndaşı qohumluğunu (valideynlərindən biri, bacısı, qardaşı, əri, arvadı və ya övladı, babası, nənəsi və nəvəsi) təsdiq edən sənədi və eləcə də uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə ölkəmizə gələ bilər:

"Qaydalara əsasən, 1 yaşınadək uşaqların COVID-19 testi verməsi tələbi ləğv olunur. Digər qaydalarda isə əvvəllər olduğu kimi, vətəndaşlarımız, diplomatik pasport sahibləri, ölkəmizdə xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, Azərbaycanda iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və onların ailə üzvləri (arvadı (əri), himayəsində olan valideynləri və 18 yaşına çatmamış uşaqları, habelə 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqları), həmçinin ölkəyə girişinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi icazə verilmiş sərnişinlər neqativ COVID-19 testi sənədi ilə ölkəmizə səfər edə bilərlər.

Karantinə gəldikdə isə, yalnız bu qaydaları pozaraq ölkəmizə səfər etmək istəyən vətəndaşlarımız iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq. Yəni əgər vətəndaşımız tələb olunan sənədlə Azərbaycana gəlirsə, o, karantinə alınmayacaq.

Qaydalara görə, tələb olunan sənədləri olmayan şəxsləri mütəmadi ölkəmizə gətirmək istəyən aviadaşıyıcıların Azərbaycana uçuşlar həyata keçirməsi müvəqqəti dayandırılacaq".

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm