“Azəriqaz” “Açıq mikrofon” aksiyasına başladı - FOTO
Bizi izləyin

Sosial

“Azəriqaz” “Açıq mikrofon” aksiyasına başladı - FOTO

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Suraxanı rayonu, Hövsan qəsəbəsində “Açıq mikrofon” aksiyasına start verib.

Publika.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bir neçə gün əvvəldən verilən anonsun nəticəsi olaraq, səyyar qəbul otağına xeyli sayda sakin toplaşmışdı. Vətəndaşlara tam rahat şəkildə imkan yaradıldı ki, problemlərini səsləndirsinlər, görüləcək işlərlə bağlı təkliflərini versinlər. Kifayət qədər səmimi atmosferdə keçən aksiyada bəzi problemlərin icrası üçün yerindəcə göstərişlər verilib.

“Vətəndaş məmnunluğu bizim üçün hər zaman prioritet olub, bundan sonra da bu, bizim prinsipimiz olacaq”- deyən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, qaz xətləri çəkildikdən sonra vətəndaşlar fərdi qaydada “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək, müvafiq sənədləşmə işlərini həll etməlidirlər. Lakin bu işdə şəhid ailələri və qazilərimiz istisna hal olaraq Birliyin imkanlarından yararlana biləcəklər.

“Azəriqaz” İB rəhbərliyinin qəsəbəyə gəlişindən xəbərdar olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da aksiyaya qoşulub. Eyni zamanda “Azəriqaz” İB yanında İctimai Şuranın sədri Xəyal Bəşirov da prosesi yaxından izləyib.

Qeyd edək ki, bu, Birliyin bu istiqamətdə ilk addımı idi. “Səyyar qəbul otağı”nın növbəti ünvanı dəqiqləşdirilir. Vətəndaşlara əvvəlcədən məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm