Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələndi - FOTO
Bizi izləyin

Sosial

Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələndi - FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi yaşayış evində təşkil edilən toy mərasimində karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80 nəfərə yaxın qonağın iştirak etdiyi aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm