• USD 1,7000 0,00% EUR 2,0014 0,00%
    • GBP 2,3463 0,00% RUB 0,0234 0,00%

Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

  • Sosial
  • 7 Avqust 2021 23:49
  • 914 Baxış
Azərbaycanda jurnalist VƏFAT ETDİ - FOTO

Salyanda jurnalist vəfat edib.

Publika.az xəbər verir ki, tanınmış publisist-jurnalist Fərzəliyev Fəxrəddin Becan oğlu bu gün axşam saatlarında 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əslən Qərbi Azərbaycandan olan Fəxrəddin Fərzəliyev 1951-ci ildə Salyan rayonunun Xalac kəndində doğulub. O, əvvəlcə BDU-nun kimya, sonra isə jurnalistika fakültəsini bitirib. 1975-ci ildən Salyanda çıxan “Qələbə” qəzetinin şöbə müdiri, uzun illər isə redaktor müavini işləyib.

F.Fərzəliyev təqaüdə çıxmasına baxmayaraq, “Aysberq” müstəqil qəzetini çıxarırdı. O, 6 kitabın müəllifi, 50-dən çox kitabın redaktoru olub.

Allah rəhmət eləsin! ("Report")

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR