FHN Kəlbəcərdə tədbir keçirdi - FOTO
Bizi izləyin

Sosial

FHN Kəlbəcərdə tədbir keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Kəlbəcər rayonu ərazisində inşa edilən Hərbi Hospital Kompleksində “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Publika.az-a Nazirlikdən verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər rayon Dövlət Yanğın Mühafizə Hissəsinin əməkdaşları və tikinti aparan şirkətin fəhlə və qulluqçuları iştirak edib.

Tədbir iştirakçılarına tikinti ərazisinin təmiz vəziyyətdə saxlanmasının, ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm