Növbəti “Açıq mikrofon” Abşeron rayonunun Məhəmmədi kəndində qurulacaq
Bizi izləyin

Sosial

Növbəti “Açıq mikrofon” Abşeron rayonunun Məhəmmədi kəndində qurulacaq

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağı”mız avqustun 24-də Abşeron rayonunun Məhəmmədi kəndində qurulacaq.

Publika.az-a bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Qapımız səhər saat 10:00-dan 12:00-a qədər hər kəsin üzünə açıq olacaq.

Sakinlər “Açıq mikrofon”un imkanlarından istifadə edərək problemlərini, təkliflərini rahat şəkildə səsləndirə bilərlər. Bu, bizim sayca 7-ci aksiyamızdır. Təcrübə göstərdi ki, bu tip aksiyaların alternativi yoxdur. Effektivlik, maksimum nəticə əsas hədəfimizdir. Buna həm də vətəndaş məmnunluğu deyə bilərik. Biz xalqın xidmətçisi olmaqdan qürur duyuruq. Bir yerdə olaq ki, problemlər tez həll olunsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm