Tərtərdə istehlaka yararsız ət aşkarlandı - FOTO
Bizi izləyin

Sosial

Tərtərdə istehlaka yararsız ət aşkarlandı - FOTO

Tərtər rayonu, H. Əliyev prospektində yerləşən ərzaq məhsullarının satışı bazarında keçirilən reyd zamanı fiziki şəxs İsmayılov Ramiz Torağay oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçmədən, möhürsüz satışa çıxarıldığı və məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, məhsuldan nümunələr götürülərək, müayinələrin aparılması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib, ət satışının qarşısı alınıb və müsadirə edilərək saxlanca qoyulub.

Müayinələr nəticəsində məhsulun texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, istehlaka yararsız olduğu aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 176 kq ət yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm