Sosial
Azərbaycanda toylarla bağlı YENİ QƏRAR - Qadağan edildi

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərara dəyişiklik edib.
Publika.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub.
Dəyişikliyə əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Bu qərara qədər 50 nəfərə qədər iştirakçısı olan mərasimlərdə COVID-19 pasportu tələb olunmurdu.
Qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

-
İKT05:45
“Google” mətni musiqiyə çevirən süni intellekt yaratdı
-
Hadisə02:12
Şərqi Azərbaycanda neft bazası yanır - VİDEO
-
Region01:41
Mərmərə dənizinin suyu qəhvəyi rəngə boyandı - FOTO
-
İdman00:41
Ronlado Ər-Riyadda yapon restorana gəldi, rəqs etdi - Gedəndə isə...
-
Qoroskop00:15
Günün ULDUZ FALI: onların məkrli planını pozun
-
İKT28 Yanvar 23:36
İctimai yerlərdəki "Wi-Fi"lar təhlükəli imiş... - RİSKLƏR
-
Səhiyyə28 Yanvar 22:49
Yaddaş pozğunluğunu aradan qaldırmağın ALTI YOLU
-
Sosial28 Yanvar 22:17
Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində - FOTO