Ramiz Mehdiyevin cərimələnməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Ramiz Mehdiyevin cərimələnməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - (YENİLƏNDİ)

Publika.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı məlumatlar dərc olunur: "Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb".

xxx

09:18

Prezident Administrasiyasının sabiq rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları tərəfindən cərimələnib.

Publika.az Hurriyyet.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev Novxanıda yerləşən villasının qaz borcunu illərdir ödəməyib.

Bu müddət ərzində “Azəriqaz” əməkdaşları mavi yanacağa görə borcun miqdarını hesablaya bilməyiblər. Çünki sayğaç içəridə quraşdırılıb və onların villaya daxil olmasına icazə verilməyib.

Məlumata görə, bu günlərdə “Azəriqaz” rəhbərliyinin göstərişi ilə R.Mehdiyevin villasına daxil olan əməkdaşlar PA-nın sabiq rəhbərinin 16 min manat həcmində cərimələyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm