FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir
Bizi izləyin

Sosial

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə Dövlət Universitetində və Şəmkir rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Yevlax şəhər 4 nömrəli, Tərtər şəhər 1 nömrəli, Goranboy şəhər 1 və 2 nömrəli, Göyçay şəhər 2 nömrəli, Kürdəmir rayon Yenikənd kənd tam orta məktəblərində və Ucar şəhər 1 nömrəli məktəb-liseydə yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrinin iş üslübü, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyyəsi barədə danışılıb, FHN-in “112” qaynar telefon xətti barədə geniş məlumat verilib. Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin, tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm