“Açıq mikrofon” aksiyası Sabirabadda təşkil olunacaq
Bizi izləyin

Sosial

“Açıq mikrofon” aksiyası Sabirabadda təşkil olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon”unun əhatə dairəsi getdikcə genişlənir.

Publika.az "Azəriqaz”a istinadən xəbər verir ki, ökənin ən müxtəlif yerlərində təşkil olunan "Səyyar qəbul otaqları" vətəndaşların problemlərinin dinlənilməsi üçün qurulur. İstənilən şəxs öz fikrini səsləndirməkdə, problemini izah etməkdə tam sərbəst olduğundan aksiyaya artan maraq göz qabağındadır.

Vətəndaşların müraciəti əsasında formalaşan “Açıq mikrofon” aksiyasının bu dəfəki ünvanı Sabirabad rayonunun Əliləmbəyli kəndi olacaq. Sentyabrın 23-ü saat 11:00-dan 13:00-a qədər davam edəcək aksiya sayca 16-cı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm