FHN-də mülki müdafiə mövzusuna dair müşavirə keçirildi
Bizi izləyin

Sosial

FHN-də mülki müdafiə mövzusuna dair müşavirə keçirildi

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirənin keçirilməsində məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar sözügedən şəhər və rayonların orta ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı siniflərinin sinif rəhbərlərinə mülki müdafiəyə aid keçiləcək mövzular, bu sahədə mövcud problemlər və onların həlli yolları istiqamətində metodiki köməklik göstərmək olub.

Tədbirdə mövzuya dair suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm