DSX həkim axtarır - SİYAHI
Bizi izləyin

Sosial

DSX həkim axtarır - SİYAHI

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.

Publika.az xəbər verir ki, DSX-da hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

- Həkim-terapevt;

- Həkim-ümumi cərrah;

- Həkim-uroloq;

-Cərrah-uroloq;

-Həkim travmatoloq-ortoped;

-Anestezioloq-reanimatoloq;

-Həkim radioloq;

-Həkim-infeksionist;

- Həkim-nevropatoloq;

-Həkim-psixiatr;

-Həkim mama-ginekoloq;

-Cərrah mama-ginekoloq;

- Həkim neyro cərrah;

-Üst çənə cərrahı;

-Həkim-kardioloq;

-Həkim-sanepidemioloq;

- Həkim-dermatoloq;

- Həkim-otolarinqoloq;

- Təcili yardım həkimi;

- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

- Feldşer.

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı, fiziki cəhətdən sağlam olmalı və Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar. Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm