"Azəriqaz"ın növbəti "Açıq mikrofon" aksiyası Zərdabda keçiriləcək
Bizi izləyin

Sosial

"Azəriqaz"ın növbəti "Açıq mikrofon" aksiyası Zərdabda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti, yəni sayca 21-ci "Açıq mikrofon" aksiyası baş tutacaq.

Publika.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

“Səyyar qəbul otağ”ı oktyabrın 18-i Zərdab rayonunun Kəndəbil və Ağabağı kəndlərində təşkil olunacaq. Aksiyanın təşkilində əsas məqsəd sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. Odur ki, bu kəndlərin sakinləri "Səyyar qəbul otağ"ının imkanlarından rahatlıqla istifadə edərək qaz təchizatı ilə bağlı istənilən müraciətlərini bildirə bilərlər.

“Açıq mikrofon” aksiyası saat 11:00-dan 13:00-a qədər davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm