Maaşlar nə qədər artacaq? - VİDEO
Bizi izləyin

Sosial

Maaşlar nə qədər artacaq? - VİDEO

Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.

Publika.az "XəzərXəbər"ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq.

Komitə sədri vurğulayıb ki, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək.

"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunu şahidi olacaqlar",- deyə Musa Quliyev qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm