Atasının çiynində məktəbə gedən qızın problemi HƏLL OLUNDU - FOTO
Bizi izləyin

Sosial

Atasının çiynində məktəbə gedən qızın problemi HƏLL OLUNDU - FOTO

Azərbaycan Ordusunun mühəndis istehkamçıları tərəfindən Astara rayonunun Miki kəndindəki çay üzərində körpü qurulub.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, yüksək dağlıq ərazidə yerləşən sərt iqlimi olan Miki kəndindən axan çayın üzərində qısa müddətdə quraşdırılan körpünün uzunluğu 10.5 metrdir.

Körpünün qurulması ilə Miki kəndinin sakinlərinin, xüsusilə məktəblilərin təhsil ocağına rahat gediş-gəlişi təmin edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə övladını məktəbə aparıb-gətirmək üçün hər gün problemlərlə rastlaşan kənd sakini Fuad Salayevin görüntüləri yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm