Nazirlikdən valideynlərə ÇAĞIRIŞ: 12 yaşdan yuxarı uşaqlara vaksin vurdurun
Bizi izləyin

Sosial

Nazirlikdən valideynlərə ÇAĞIRIŞ: 12 yaşdan yuxarı uşaqlara vaksin vurdurun

Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin yaydığı birgə məlumatda deyilir.

Qeyd olunur ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması, bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Belə olan halda xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bunları nəzərə alaraq, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.

Qeyd edək ki, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm