"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim başa çatdı - FOTO
Bizi izləyin

Sosial

"Məişət zorakılığı media müstəvisində" mövzusunda təlim başa çatdı - FOTO

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsinin dəstəyi ilə jurnalistlər üçün keçirilən 4 günlük təlim başa çatıb.

Publika.az xəbər verir ki, təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universitetinin əməkdaşlığı çərçivəsində beynəlxalq təcrübə ilə tanışlıq və bu sahədə biliklərin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilib. Təlimin bağlanış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BDU-nun rektoru Elçin Babayev, MEDİA agentliyininin nümayəndəsi iştirak edib.

Dövlət Komitəsinin sədr müavini, benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova çıxış edərək, belə təlimlərin media nümayəndələri üçün vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, təlimdə iştirak edən hər bir jurnalist burada öyrəndiklərini gələcək fəaliyyətlərində tətbiq edəcək, beləliklə məişət zorakılığı hallarının işıqlandırılmasında yeni baxış formalaşacaq:

“Bu layihə Avstriya və Litva ölkələri ilə birlikdə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. “Məişət zorakılığının” qarşısının alınması istiqamətində həm Avstriya, həm də Litvada olduq. Bu iki ölkənin təcrübəsini öyrəndik. Treninq layihəsi çərçivəsində ölkədə bir sıra tədbirlər həyata keçirilir. Hüquqi bazanın təkminləşdirilməsi və mövcud qanunvericiliyin dəyişikliyi daha məqsədəuyğun formada həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdir.

Ailə məişət zorakılığı ilə məşğul olan idarə, müəssisə və nazirliklərin əməkdaşları ilə treninqlərin keçirilməsi və bu istiqamətdə fikir mübdiləsinin aparılması məişət zorakılığına qarşı ən yaxşı variantın seçilməsinə imakan yaradacaq. Jurnalistlərlə yanaşı hüquq-mühafizə orqanları, prokurorluq, ədliyyə və səhiyyə işçiləri, həm də Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əməkdaşları ilə treninqlər keçirmişik. Lakin bizim üçün ən vacib olan media işçiləridir. Çünki informasiya birbaşa sizdən gedir”.

Bildirilib ki, təlimlərin keçirilməsində məqsəd məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər, müxbirlər və jurnalistika fakültəsinin tələbələri üçün məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması və zorakı davranış stereotiplərinin dəyişdirilməsi, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılmasıdır.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, Azərbaycanda məişət zorakılığına qarşı xüsusi komitənin olması, gözləmə mövqeyində olmaması və qabaqlayıcı tədbirlər görməsini alqışlanandır:

“Avropa Birliyinin müxtəlif treinq layihələri var. Ailə məişət zorakılığı ilə mübarizə də onlardan biridir. Amma tam səmimi olaraq arzu edirəm ki, gələcəkdə bu cür tədbirlər keçirməyək. Zorakılıq sözü özü xoş təsir bağışlamır. İstərdim ki, yavaş-yavaş bu termin məişət zəminində baş verən anlaşılmazlıqlar səviyyəsinə ensin və sonradan tamamilə aradan çıxsın.

Azərbaycanın özünəməxsus mentaliteti var. Şərqlə qərbin kəsişməsində olan bir dövlətik. Şəhər və kənd yerlərində baş verən zorakılıq hadisələrində hansı sosial faktorların dayandığının araşdırılması vacib olardı.

Avstriyadan olan həmkarların bu təlimi çox ürəkdən keçdiklərinin şahidi oldum, faydalı məlumatlar ötürdülər. Həm özlərinin, həm də dünya ölkələrinin təcrübələrini bölüşdülər. Başa düşürük ki, məlumatların cəlbedici olması üçün başlıqlar qabardılır. Amma eyni təsir göstərmir. Müasir dövrdə hamı məlumatı oxuyur və eyni cür reaksiya vermir. Bu mənada jurnalistlərin öhdəsinə böyük yük düşür, ehtiyatlı və balanslı olmaq vacibdir”.

Layihə çərçivəsində Litva və Avstriyadan olan ekspertlər Dr.Manuela Harqassner-Delpos və Tomas Heynlen iştirakçılara məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, bu məsələ ilə bağlı məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə məlumatlar verib, fikir mübadiləsi aparıblar.

Sonda təlim proqramını uğurla başa vuran jurnalistlər sertifikatla təltif olunublar.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm