Bəs uğursuzluğa düçar olmuş şagird... - Kamran Əsədov
Bizi izləyin

Sosial

Bəs uğursuzluğa düçar olmuş şagird... - Kamran Əsədov

"Təhsil məsuliyyətdir. Hər kəs məsuliyyətini dərk etməlidir. Misal üçün, bir şagird uğur əldə edəndə hamı ona şərik olur. "Bu, mənim fəaliyyətimin nəticəsində baş verib" deyir. Bəs uğursuzluqda?".

Publika.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.

Ekspert bildirib ki, təhsildə çalışanlarla söhbətdə sitat gətirirlər ki, bizim məktəbin şagirdi bu uğurları qazanıb: "Mən ona dərs demişəm. Mütəmadi olaraq maraqlanmışam. Bəs uğursuzluğa düçar olmuş şagird?! Təhsil təkcə sinif otağından, partadan ibarət deyil, cənablar. Şagirdin işi dərsə gəlməklə, müəllim və məktəbin işi şagird məktəbdə olanda olmur və bitmir. Məktəbdən kənar fəaliyyət bəs nədir? Şagirdiniz sizi məktəbdən sonra, tətil günlərində belə yolda, küçədə, məclisdə görəndə nə deyir? "Salam, müəllim" deyir. "Salam Akif dayı" demir ki? Təhsil sistemində çalışmaq səngəri qorumaq kimidir. O da insan taleyini qoruyur. Məsuliyyətimizi dərk edək, cənablar"

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm