Şəhid həkimlərimiz anıldı - FOTO
Bizi izləyin

Sosial

Şəhid həkimlərimiz anıldı - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Tibb Universiteti, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş 18 həkimin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, Tibb Universitetinin rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər 44 günlük Vətən müharibəsi dövrünə nəzər salaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında fədakarlıq göstərmiş Azərbaycan Ordusunun erməni silahlı birləşmələri tərəfindən istila edilmiş Qarabağ torpaqlarımızın düşməndən azad edilməsində göstərdikləri tarixi qələbə zəfərindən bəhs ediblər. Onlar qeyd ediblər ki, 44 günlük haqq savaşının şəhidlərinə və onların ailələrinə diqqət, dəstək göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Qurum rəsmiləri bildiriblər ki, 44 günlük müharibə zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış həkimlərizin əziz xatirəsi ehtiramla anılaraq örnək kimi yeni nəsilə təbliğ edilməlidir.

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal jurnalistlərə açıqlamasında bildirib ki, bu cür milli, vətənpərvər ruhlu tədbirləri keçirməkdə məqsəd qüdrətli dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhidlərə və onların ailələrinə diqqət və qayğı yönümündə gördüyü məqsədyönlü uğurlu fəaliyyətə ictimai dəstək olmaqla yanaşı, milli birlik, həmrəylik nümayiş etdirməkdir.

Z.Zeynal onu da vurğulayıb ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən dövlət, QHT, özəl sektor tərəfdaşlığı və əməkdaşlığı fonunda milli-vətənpərvərlik əzmində tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm