Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olundu - FOTO
Bizi izləyin

Sosial

Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olundu - FOTO

Azərbaycan Milli Məclisi şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbçilərimizə dəstək məqsədilə görülən işlərdə fəal iştirak edir.

Publika.az xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçılarının vəziyyəti daim diqqətdə saxlanılır, onlarla müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhid ailələrinin üzvləri və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov Milli Məclisin sədri Sahibə Qafarovanın imzaladığı əmrlə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm