4 küçəyə şəhidlərin adı verildi - FOTOLAR
Bizi izləyin

Sosial

4 küçəyə şəhidlərin adı verildi - FOTOLAR

Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğllarının adlarının əbədiləşdirilməsi məqsədilə Göyçayda keçirilən tədbirlər çərçivəsində noyabrın 5-də - Zəfər Günü ərəfəsində rayon mərkəzindəki dörd küçəyə qəhrəmanlarımızın adları verilib. Bu münasibətilə keçirilən tədbirdə rayon rəhbərləri, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Küçələrə şəhidlərin adlarının verilməsi münasibətilə keçirilən tədbirdə ötən ilin sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, bu Qələbənin qəhrəman hərbçilərimiz qanı, canı bahasına başa gəldiyi vurğulanıb. Bildirilib ki, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Göyçayın dörd küçəsi artıq bu gündən etibarən şəhidlik zirvəsinə ucalan Elşən Nuruzadənin, Əli Eyvazovun, Vasif Məmmədovun və Orxan Kərimlinin adlarını daşıyır.

Göyçayda şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.(AzərTAc)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm