Bakıda məşhur restoranlar cərimələndi - BU SƏBƏBDƏN
Bizi izləyin

Sosial

Bakıda məşhur restoranlar cərimələndi - BU SƏBƏBDƏN

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 392 ictimai iaşə obyektində 673 monitorinq keçirib.

AQTA-dan Publika.az-a verilən məlumata görə, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Yəhya Bakuvi küç., ev 29 ünvanında yerləşən, hüquqi şəxs "Resant Consulting And Managment" MMC-yə məxsus “Baku Voice” restoranı;

2. Bakı şəhəri, Binəqədi ‎rayonu, Svetlana Məmmədova küç., ev 205 ünvanında yerləşən, fiziki şəxs Mürsəlov Elnur Abbasəli oğluna məxsus restoran;

3. Bakı şəhəri, Suraxanı ‎‎rayonu, Malik Mustafayev küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Şəmiyev Nəzir Baharəddin oğluna məxsus kafe;

4. Bakı şəhəri, Xətai ‎‎rayonu, Xocalı pr. 8a ünvanında yerləşən, fiziki şəxs Hidayətov Ramil Yurik oğluna məxsus kafe;

5. Bakı şəhəri, Xocalı pr. 14 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Sadiq Ağarza oğluna məxsus “Taksim Kebap” restoranı;

6. Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Rasim Sərkər oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm