Sosial
Deqədi sakinlərinin problemləri dinlənildi
Vətəndaşların problem və müraciətlərini yerindəcə dinləmək məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.
Bu dəfə "Səyyar qəbul otağı" Astara rayonunun Deqədi kəndində qurulub. Görüşdə "Azəriqaz" İB-nin məsul şəxsləri və Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. 2 saat ərzində "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarında olub.
Çıxış edən kənd sakinləri təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi daha çox odundan istifadə etdiklərini, bunun da onlara əlavə xərc olduğunu bildiriblər. Vətəndaşlar ünvanladıqları müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılmasını və Birlik rəhbərliyindən kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verməsini xahiş ediblər. Aksiyanın imkanlarından təkcə bu kəndin sakinləri deyil, ətraf kəndlərdə yaşayan vətəndaşlar da yararlanıblar. Onlar da yaşadıqları kəndlərdə mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Ünvanlanan problem və təkliflərin baş direktora çatdırılması üçün bütün müraciətlər qeydə alınıb.
Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 29-cudur.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident