Bakıda 4 müəssisədə pozuntular aşkarlandı
Bizi izləyin

Sosial

Bakıda 4 müəssisədə pozuntular aşkarlandı

Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Publika.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 18-də ölkə üzrə 410 ictimai iaşə obyektində 714 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami ‎rayonu, Q.Qarayev pr. 84A ünvanında yerləşən, hüquqi şəxs "El-E" MMC-yə məxsus “Anatolıy” restoranı;

2. Bakı şəhəri, Xətai ‎rayonu, Zığ şosesi 14a ünvanında yerləşən, fiziki şəxs Əliyev Yaşar Vəli oğluna məxsus yeməkxana;

3. Bakı şəhəri, Yasamal rayonu, Cavid prospektində yerləşən, hüquqi şəxs “Reges Restaurants” MMC-yə məxsus kafe;

4. Bakı şəhəri, Nizami ‎rayonu, R.Rüstəmov küç., məhəllə 2528 ünvanında yerləşən, fiziki şəxs Osmanov Əhməd Səməd oğluna məxsus “Türkoğlu” kafesi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm