• USD 1,7000 0,00% EUR 1,9208 -0,23%
    • GBP 2,2592 -0,02% RUB 0,0230 +0,43%

DİN: Polis 219 nəfəri qapıdan qaytarıb

DİN: Polis 219 nəfəri qapıdan qaytarıb

Noyabrın 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 203 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Publika.az-a verilən məlumata görə, monitorinq 197 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 219 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR