"Azəriqaz"ın rəhbəri sualları cavablandıracaq
Bizi izləyin

Sosial

"Azəriqaz"ın rəhbəri sualları cavablandıracaq

Sabah saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Publika.az “Azəriqaz”a istinadən xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir. Ünvanlanan sualları "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev cavablandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm