Sosial
DİN: Uşaqlar daha çox ailədə zorakılığa məruz qalır
Uşaqlar daha çox ailədə zorakılığa məruz qalır.
Publika.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib.
O qeyd edib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var.
"Bu gün psixoloqların yardımına böyük ehtiyac var. Çünki cütlüklər tələsik ailə qururlar. Bəzən hətta 30 yaşında evlənənlər belə ailənin nə olduğunu dərk etmir, ailə planlaması şüurlu şəkildə aparılmır. Bu da gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır", - deyə K.Ələkbərova qeyd edib.
Kəmalə Ələkbərova məktəblinin qaçırılması hallarından da danışıb. Qeyd edib ki, belə hallar çox deyil.
"Çox vaxt belə hadisələr boşanan valideynlərin ailələrində baş verir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər.
O ki qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurslara - kameralara, harada ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki, yoxdur, valideynlər məktəb rəhbərliyinə müraciət edə bilərlər. Bəzi neqativ halları görmək üçün məktəblərin özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətində polis dayana bilməz. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar" - deyə, baş inspektor qeyd edib.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ