Sosial
Türkiyəyə 2 dəfə ucuz getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Türkiyənin milli valyutasının ucuzlaşması bu ölkəyə turist axınına səbəb olub. Ölkəmizdən də bu istiqamətə uçuşlara böyük tələbat var. Tələb çox olduğundan uçuş biletlərində bahalaşma müşahidə edilir.
Turizm şirkətləri alternativ olaraq vətəndaşlara fərqli turpaketlər təklif edirlər. Bəs, ən aşağı büdcə ilə Türkiyəyə necə getmək olar?
Publika.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, aviabiletlərin qiymətinin qalxması ilə turizm şirkətləri səfərləri Naxçıvan üzərindən təklif edirlər.
Bakıdan İstanbula təyyarə ilə getmək istəyən sərnişinlər təxminən 300-350 manat ödəniş etməlidir. Naxçıvan üzərindən getdikdə isə səfər 2 dəfə ucuz başa gəlir. Türkiyəyə getmək isəyənlər Bakıdan Naxçıvana təyyarə ilə, oradan da avtobusla İstanbul və ya digər şəhərlərə gedirlər. Belə olan halda isə gediş-dönüş təyyarə bileti və avtobus xərci də daxil olmaqla ümumilikdə 300 manata başa gəlir.
Turizm məsələləri üzrə ekspert Elgün Babayevin sözlərinə görə, tələbat çox olduğundan bir çox reyslərə biletlər əvvəlcədən bron edilir.
Ekspertlər hesab edir ki,Naxçıvan üzərindən səfərlərə tələbat daha da artacaq.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!