Azərbaycanda işə qəbul prosesində bu şəxslərə üstünlük veriləcək - QƏRAR
Bizi izləyin

Sosial

Azərbaycanda işə qəbul prosesində bu şəxslərə üstünlük veriləcək - QƏRAR

Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək.

Publika.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında qərarında öz əksini tapıb.

Qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunla edilmiş dəyişikliyə əsasən, şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.

Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” qərarda dəyişiklik edilməsinə zərurət yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm