Sosial
Zəngilanda minaaxtaranlar üçün mobil düşərgə salındı
Azərbaycan Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Zəngilan rayonunda yeni mobil sahə düşərgəsi salınıb.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, düşərgənin açılış mərasimində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər məsul vəzifəli şəxslər iştirak ediblər.
Onlar Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək düşərgə ilə tanış olublar.
Əməliyyat, inzibati və xidməti heyət üçün bütün lazımi şəraitlə və müasir avadanlıqlarla təchiz edilən mobil tipli sahə düşərgəsi yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi üçün nəzərdə tutulmuş müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Həmçinin, burada texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər də mövcuddur. Bununla yanaşı, şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə düşərgə futbol - voleybol meydançası və idman trenajorları ilə təmin edilib.
Qeyd edək ki, konteynerlərdən ibarət mobil tipli sahə düşərgəsi minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşınma üstünlüyünə malikdir.
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü