İş yerlərinin sayını artırmalıyıq - Siyavuş Novruzov
Bizi izləyin

Sosial

İş yerlərinin sayını artırmalıyıq - Siyavuş Novruzov

“Dövlət büdcəsində vəsaitlərin xərcləri və gəlirlər dəqiq göstərilir. Büdcə ildən-ilə təkmilləşir, büdcəyə nəzarət aidiyyəti qurumlar tərəfindən həyata keçirilir”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı komitə sədri Siyavuş Novruzov deyib.

O əlavə edib ki, neft və qazdan gələn gəlirlər artır:

“Bunlar dünyada iqtisadi deyil, siyasi proseslərin nəticəsidir. Heç bir iqtisadçı hesablaya bilməz ki, sabah necə olacaq. Bu mənada seyid cəddinə bel bağladığı kimi biz də neft və qaza bel bağlamamalı, iş yerlərini artırmalı, pul gətirilən sahələrə diqqət verməliyik. Xüsusilə, orta və kiçik sahibkarlığa, kənd təsərrüfatı sahəsinə daha çox diqqət artırmalıyıq”.

S. Novruz xatırladıb ki, Naxçıvan Muxtar Respublikasına təyyarə biletlərinin qiyməti bahalaşıb: "Hörmətli maliyyə naziri Samir Şərifov da buradadır. Təklif edirəm ki, büdcədən bu istiqamətdə dotasiya ayrılsın və insanlar çətinlik çəkməsin".Digər məsələ odur ki, 2019-cu ildə Prezident tərəfindən böyük sosial layihələr keçirilib. Hətta pandemiya dövründə də bu vəsaitlər kəsilməyib. Təklif edirəm ki, müharibə veteranlarına verilən 80 manat 130 manata qaldırılsın. Nəzərə almaq lazımdır ki, bu dövrdə kommunal xərclər də artırılıb.

Eyni zamanda I Qarabağ müharibəsinin iştirakçıları ilə II Qarabağ müharibəsi iştirakçıları arasında fərq qoyulmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm